Azərbaycan aviaşirkətinin xalis mənfəəti kəskin azalıb

Maliyyə
  • 04 iyul, 2024
  • 12:47
Azərbaycan aviaşirkətinin xalis mənfəəti kəskin azalıb

“Silk Vey Vest Aviaşirkəti” MMC 2023-cü ili 82,054 milyon manat xalis mənfəətlə başa vurub.

”Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 11,5 dəfə azdır.

Ötən il “Silk Vey Vest Aviaşirkəti”nin vergiyəqədərki mənfəəti 111,718 milyon manat (əvvəlki ilə nisbətən 10,5 dəfə az), mənfəət vergisi ödəmələri isə 29,664 milyon manat (7,9 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Silk Vey Vest Aviaşirkəti”nin aktivləri 3 milyard 40,471 milyon manat olub ki, bu da illik müqayiəsədə 13,5 % çoxdur. Hesabat dövründə aviaşirkətin öhdəlikləri 20,3 % artaraq 1 milyard 488,354 milyon manata, balans kapitalı 7,6 % artaraq 1 milyard 552,117 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 % artaraq 179,388 milyon manata çatıb.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Onun təsisçisi isə “Silk Vey Aviaşirkəti” MMC-dir. Hər iki şirkət "Silk Vey Holdinq" MMC-yə daxildir.

44 filmi