Azərbaycan Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı ilə bağlı qərara dəyişiklik edilib
- 19 sentyabr, 2014
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı ilə bağlı qərarına dəyişiklik edib. “Report”un xəbərinə görə, dəyişiklik Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında" 2014-cü il 29 yanvar tarixli 24 nömrəli qərarına əlavədən ibarətdir.
Belə ki, Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı tikinti və təchizat İdarəsinin büdcə vəsaiti hesabına saxlanılması xərcləri təhsil obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni təhsil obyektlərinin tikintisi ilə bağlı xərclər üzrə daxilolmaların 1%-i, mərkəzləşdirilmiş qaydada mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün büdcə hesabına daxilolmaların 0,25%-i həddində müəyyən ediləcək.
Qeyd edək ki, bu dəyişiklik Təhsil Nazirliyi və Maliyyə Nazirliyinin razılaşması əsasasında həyata keçirilib.