"Atəşgah Sığorta"nın xalis mənfəəti 1 %-ə yaxın azalıb

Maliyyə
  • 10 noyabr, 2026
  • 10:38
Atəşgah Sığortanın xalis mənfəəti 1 %-ə yaxın azalıb

"Atəşgah Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 1,089 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır.

9 ayda "Atəşgah Sığorta"nın gəlirləri 63,628 milyon manat (1 il əvvələ nisbətən 17,95 % çox), xərcləri 62,267 milyon manat (18,4 % çox), mənfəət vergisi ödəmələri isə 272 min manat (0,7 % az) təşkil edib.

Bu il oktyabrın 1-nə "Atəşgah Sığorta"nın aktivləri 80,655 milyon manat olub ki, bu da illik müqayisədə 16,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 19 % artaraq 62,475 milyon manata, balans kapitalı isə 8,35 % artaraq 18,181 milyon manata çatıb.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

44 filmi