"Aset Maliyyə Texnologiyaları" BOKT ötən ili zərərlə başa vurub
- 09 iyun, 2023
- 04:59
Yeniliklərdən dərhal xəbərdar olun!
"Aset Maliyyə Texnologiyaları" MMC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətinin ilk ili olan 2022-ci ili 81 min manat zərərlə başa vurub.
"Report" bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Bu il yanvarın 1-nə "Aset Maliyyə Texnologiyaları"nın aktivləri 388 min manat olub ki, bu da illik müqayisədə 29,3 % çoxdur. Bunun 84 min manatı müştərilərə verilmiş kreditlər təşkil edib. BOKT-un kredit portfeli 2022-ci ildə formalaşıb.
Hesabat dövründə BOKT-un 172 min manatlıq öhdəlikləri də formalaşıb, balans kapitalı isə 28 % azalaraq 216 min manata düşüb.
Xatırladaq ki, "Aset Maliyyə Texnologiyaları" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi 100% Ülviyyə Sadıqovadır.