ARDNF gələn il daşınmaz əmlak portfeli üzrə 5%-dən çox gəlirlilik gözləyir
- 06 dekabr, 2021
- 10:10
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 715,8 milyon ABŞ dolları və yaxud 1 216,8 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2020-ci ilin müvafiq icra göstəricisindən 761,8 milyon manat və yaxud 38,5% az, 2021-ci ilin proqnoz göstəricisindən 457,1 milyon manat və yaxud 60,2% çox, 2021-ci ilin gözlənilən icra göstəricisindən 265,6 milyon manat və yaxud 17,9% azdır.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Sənəddə həmçinin deyilir ki, gələn il üçün orta illik gəlirlilik göstəricisinin 1,7% (borc öhdəlikləri və pul bazarları alətləri üzrə gəlirlilik 0,7%, səhm portfeli üzrə gəlirlilik 4,7%, daşınmaz əmlak portfeli üzrə gəlirlilik 5,2%) səviyyəsində olması proqnozlaşdırılır ki, bu da bu ilin proqnoz göstəricisindən (1,1%) 0,6% çox, cari ilin 9 aylıq icra göstəricisindən (3,1%) isə 1,4% azdır.