AMB: Sığorta sektorunun məcmu kapitalı risk kapitalını 2 dəfə üstələyib

Maliyyə
  • 14 sentyabr, 2025
  • 11:53
AMB: Sığorta sektorunun məcmu kapitalı risk kapitalını 2 dəfə üstələyib

Bu ilin I yarısında Azərbaycanın sığorta sektorunun məcmu kapitalı risk kapitalını təxminən 2 dəfə üstələyib.

"Report"un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında bildirib.

Onun sözlərinə görə, sığorta sektorunda həyata keçirilən islahatlar inkişaf və dayanıqlıq göstəricilərinə də müsbət təsir edib:

"Belə ki, hesabat dövründə sektorun aktivləri son bir ildə 12 % artaraq 2,1 milyard manatı ötüb. Gəlirlilik göstəricilərində də artımlar qeydə alınıb. Bu ilin I yarısında sektorun ümumi mənfəəti 80 milyon manatı keçib, aktivlərin gəlirliliyi (ROA) 7 %, kapitalın gəlirliliyi (ROE) isə 25 % təşkil edib".