​AMB: Sabah dolların rəsmi məzənnəsi 1,5082 manat olacaq

Maliyyə
  • 04 may, 2016
  • 12:31
​AMB: Sabah dolların rəsmi məzənnəsi 1,5082 manat olacaq

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının mayın 5-nə rəsmi məzənnəsini 1,5082 AZN/USD səviyyəsində təsdiq edib.

AMB-dən "Report"a verilən məlumata görə, bu, bugünkü məzənnə ilə müqayisədə 0,08% azalma deməkdir.

Qeyd edək ki, mayın 4-də ABŞ dollarının rəsmi məzənnəsi 1,5094 AZN/USD səviyyəsində olub.