AMB rəsmisi: "Bank sektorunda faiz dərəcəsi riski yoxdur"
- 07 oktyabr, 2025
- 10:51

Azərbaycanın bank sektorunda faiz dərəcəsi riski yoxdur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycan banklarının müddəti 1 ilə qədər olan aktivlərinin ümumi aktivlərdə payı 51 %, 1 ilə qədər olan öhdəliklərinin ümumi öhdəliklərdə payı isə 81 %-dir.
"Təhlillər göstərir ki, sektorda müddət uyğunsuzluğunun, başqa sözlə faiz dərəcəsi riskinin bankların kapital mövqeyinə təsiri minimaldır, dayanıqlılığa təhdid yaratmır", - deyə AMB rəsmisi əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, hazlrda bank sektorunda hüquqi şəxslərin depozitlərinin 46 %-i ABŞ dollarındadır: "Hüquqi şəxslərin depoitləri ümumilikdə 22,2 milyard manatdır. Bunun 17 milyard manatı tələbli, 5,2 milyard manatı müddətli depozitlərdir. Dollarlaşma əsasən tələbli depozitlər hesabına təmin edilib".