AMB: "Manatın gəlirlilik əyrisinin yaradılması üzrə müsbət nəticələr əldə olunub"

Maliyyə
  • 16 noyabr, 2022
  • 14:08
AMB: Manatın gəlirlilik əyrisinin yaradılması üzrə müsbət nəticələr əldə olunub

Son 3 ayda manatın gəlirlilik əyrisinin yaradılması üzrə müsbət nəticələr əldə olunub.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Bu istiqamətdə fiskal və monetar siyasətlər arasında koordinasiyanı mühüm hesab edirik. Məqsədimiz gəlirlilik əyrisinin formalaşması vasitəsi ilə Mərkəzi Bankın faizlərinin ötürücülüyünü gücləndirmək və bu əsasda inflyasiyaya təsir etməkdir", - T. Kazımov qeyd edib.

44 filmi