AMB: Maliyyə təşkilatları "underwriting" standartlarını təkmilləşdirməlidir
- 12 noyabr, 2025
- 15:06
Azərbaycanda maliyyə təşkilatlarının öz "underwriting" standartlarını təkmilləşdirməsi vacibdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in təqdimat seminarında bildirib.
Onun sözlərinə görə, maliyyə təşkilatlarının daha çox riskə əsaslanan və gələcəyə yönəlik qiymətləndirmə tətbiq etməsi vacibdir: "Bu mühitdə onlar sırf kommersiya əsaslı kreditləşməyə deyil, biznesin kredit qabiliyyətinə və məlumatların etibarlılığına baxacaqlar. Bununla yanaşı, ölkədəki audit və mühasibat qurumlarının gücləndirilməsi vacib elementdir. Ənənəvi olaraq, təminatlar kimi hökumət dəstək məqsədli vasitələr KOB layihələrinin risklərini azaltmaq üçün vacib vasitələrdir".
AMB rəsmisi əlavə edib ki, qurum yaranan riskləri görmək üçün KOB portfelinin mütəmadi stres testini keçirir: "Belə sstres testi yaranan riskləri əvvəlcədən aşkar etmək üçün vacibdir. Bunlar KOB-lara maliyyə əlçatanlığını artırmaq üçün istifadə etdiyimiz ümumi vasitələrdir".