AMB depozit hərracında cəlb edəcəyi vəsaitin həcmini yenidən azaldıb

Maliyyə
  • 30 mart, 2017
  • 07:57
AMB depozit hərracında cəlb edəcəyi vəsaitin həcmini yenidən azaldıb
Report

Bakı. 30 mart. REPORT.AZ/ Sabah Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

Bu barədə “Report” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum hərracda 200 mln. manat vəsat cəlb etmək niyyətindədir. Bu isə martın 27-də keçirilmiş hərracın büdcəsi ilə müqayisədə 33,3% azdır.

Baxmayaraq ki, həmin hərracda tələb təklifdən 12,1% çox - 336,3 mln. manat olub. 

44 - Tezliklə