AIIB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək

Maliyyə
  • 29 sentyabr, 2026
  • 16:51
AIIB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Dohada keçirilən 11-ci İllik Toplantı çərçivəsində AIIB Rəhbərlər Şurasının qərarı ilə növbəti İllik Toplantıya ev sahibliyinin Azərbaycana ötürülməsi ilə bağlı təşkil olunan mərasimdə iştirak etdik. Ölkəmizə göstərilən yüksək etimada görə təşəkkürümüzü bildiririk. Bu qərar Azərbaycanın AİİB ilə möhkəm tərəfdaşlığını, ölkəmizin beynəlxalq maliyyə və investisiya platformalarında fəal rolunu əks etdirir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə, yeni investisiya imkanlarının təşviqinə və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə töhfə verəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, AIIB Rəhbərlər Şurasının iclası iyulun 14-15-də Bakıda keçiriləcək.

44 - Tezliklə