"Ağstafa Avtonəqliyyat"ın səhmləri 2 dəfə bahalaşıb

Maliyyə
  • 27 dekabr, 2016
  • 10:43
Ağstafa Avtonəqliyyatın səhmləri 2 dəfə bahalaşıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) "Ağstafa Avtonəqliyyat" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd müəssisənin 60 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 1 manat olsa da, onlar 2 dəfə baha - 2 manata alınıb-satılıb.

Xatırladaq ki, "Ağstafa Avtonəqliyyat" ASC 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 25 730 manatdır.

44 - Tezliklə