ADIF-in rəhbərliyi və WB-nin nümayəndə heyəti əmanətlərin sığortalanması sistemində islahatları müzakirə edib

Maliyyə
  • 06 noyabr, 2018
  • 07:04
ADIF-in rəhbərliyi və WB-nin nümayəndə heyəti əmanətlərin sığortalanması sistemində islahatları müzakirə edib

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) Dünya Bankının (WB) Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazası çərçivəsində Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə "Report"a Fonddan bildirilib. 

Məlumata görə, qurumun icraçı direktorun müavini, İcraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev WB-nin maliyyə sektoru üzrə baş mütəxəssisi Anjela Priqojina ilə görüş zamanı layihənin icrası və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Əsas diqqət əmanətlərin sığortalanması sistemində son dövrdə aparılan islahatlar, ləğvetmə prosesinin daha effektiv, şəffaf və sürətli keçirilməsi istiqamətində atılan addımlara yönəlib.

Görüşdə ADIF-in WB ilə əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi müzakirə olunub. 

44 filmi