“Access Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 13 oktyabr, 2023
  • 14:23
“Access Bank maliyyə vəziyyətini açıqlayıb

“Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını 29,309 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,6 dəfə çoxdur.

9 ay ərzində “Access Bank”ın gəlirləri 155,444 milyon manat (illik müqayisədə 42,9 % çox), xərcləri 114,558 milyon manat (22,2 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 11,577 milyon manat (18,6 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Access Bank”ın aktivləri 1 milyard 394,081 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 32,5 % çoxdur. Bunun 949,137 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30,3 % böyüyüb.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 30,7 % artaraq 1 milyard 249,856 milyon manata, o cümlədən depozit portfeli 27,8 % artaraq 1 milyard 025,559 milyon manata, balans kapitalı isə 50,7 % artaraq 144,225 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,4 % artaraq 270,107 milyon manata çatıb.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (ADB) (20,33 %), Avropa İnvestisiya Bankı (EIB) (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) (15,86 %), Niderland İnkişaf Bankı (FMO) (9,62 %), Avstriya İnkişaf Bankı (OeEB) (9,36 %) və digərləridir (SIFEM AG, EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”- 27,07%).