“Access Bank" bu ilin I yarısını mənfəətlə başa vurub
- 22 iyul, 2022
- 13:39
Yeniliklərdən dərhal xəbərdar olun!
“Access Bank” QSC bu ilin I yarısını 1,84 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 2,024 milyon manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-iyun aylarında “Access Bank”ın gəlirləri 68,672 milyon manat (illik müqayisədə 37 % çox), xərcləri 61,717 milyon manat (19,7 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 5,115 milyon manat (8,8 dəfə çox ) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Access Bank”ın aktivləri 1 003,496 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,3 % çoxdur. Bunun 674,234 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 34,5 % böyüyüb.
Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 14 % artaraq 911,747 milyon manata, o cümlədən depozit portfeli 24,5% artaraq 779,561 milyon manata, balans kapitalı isə 6,1 % artaraq 91,749 milyon manata düşüb.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89 %), Avropa İnvestisiya Bankı (17,39 %), Beynəlxalq Maliyyə Korporasiyası (16,56 %), “Responsability" (12,28%), Hollandiya İnkişaf Bankı (9,41 %), Avstriya İnkişaf Bankı (9,17 %), SIFEM AG (8,89 %), EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”dir (6,4%).