ABŞ şirkəti ilə institusional investorlarla əməkdaşlıq imkanları müzakirə edilib

Maliyyə
  • 13 may, 2026
  • 10:04
ABŞ şirkəti ilə institusional investorlarla əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ-nin investisiya idarəçiliyi və aktivlərin idarə olunması üzrə "Federated Hermes Limited" şirkəti arasında institusional investorlarla əməkdaşlıq imkanları müzakirə edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədr müavini Əli Əhmədov şirkətin baş icraçı direktoru Saker Nuseybehin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş çərçivəsində qlobal maliyyə bazarlarında mövcud tendensiyalar, institusional investorlarla əməkdaşlıq imkanları, eləcə də mərkəzi banklar, dövlət qurumları və suveren fondlar arasında qarşılıqlı tərəfdaşlıq təcrübələri müzakirə olunub.

"Federated Hermes Limited" investisiya idarəçiliyi və aktivlərin idarə olunması ilə məşğul olan beynəlxalq maliyyə şirkətidir. Şirkət səhmlər, istiqrazlar, private equity, ESG (məsuliyyətli investisiya) və likvidlik idarəçiliyi sahələrində xidmət göstərir. O, ABŞ mənşəli "Federated Hermes, Inc." qrupunun tərkibinə daxildir

44 filmi