ABŞ-ın “Citibank”ı Azərbaycan bazarını tərk edir

Maliyyə
  • 29 iyul, 2019
  • 13:21
ABŞ-ın “Citibank”ı Azərbaycan bazarını tərk edir

ABŞ-ın “Citibank”ının 2007-ci ildən fəaliyyət göstərən Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına (“Port Baku Tauers” biznes mərkəzinin cənub qülləsinin 9-cu mərtəbəsi) bildirə bilərlər.

Maraqlıdır ki, bir neçə gün bundan əvvəl sözügedən nümayəndəlik ictimaiyyətə müraciət edərək ona məxsus VÖEN şəhadətnaməsinin, Nizamnamənin və Dövlət reyestrindən çıxarışın itdiyini bəyan etmişdi. 

44 - Tezliklə