İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB-2

Xarici siyasət
  • 09 oktyabr, 2026
  • 16:02
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB-2

Türkmənistanın Türkmənbaşı şəhərində oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub.

"Report"un Türkmənistana ezam olunan müxbirinin verdiyi xəbərə görə, söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlandı, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olundu.

Prezident Məsud Pezeşkian iki ölkə arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini bir daha bildirdi.

Azərbaycan Prezidenti İranın qeyri-üzv dövlət kimi "MDB plyus" formatında ilk dəfə iştirakına toxundu.

Görüşdə Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla qeyd edildi.

Söhbət əsnasında vurğulandı ki, Qırğızıstanın paytaxtı Bişkekdə dövlət başçılarının sonuncu görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində iki ölkənin aidiyyəti qurumları fəaliyyətini davam etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib.

Bu barədə "Report"un Türkmənistana ezam olunan müxbiri xəbər verir ki, görüş Türkmənistanın Türkmənbaşı şəhərində baş tutub.

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilir.

Bu barədə "Report"un Türkmənistana ezam olunan müxbiri xəbər verib.