Zaqatalada keçirilən cüdo üzrə region birinciliyinə yekun vurulub

Komanda
  • 08 oktyabr, 2017
  • 02:00
Zaqatalada keçirilən cüdo üzrə region birinciliyinə yekun vurulub
Foto: Judo.az

Bakı. 8 oktyabr. REPORT.AZ/ Zaqatalada Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub.

"Report" xəbər verir ki, Şimal-Qərb bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

Mingəçevir cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib. Qeyd edək ki, Şimal-Qərb regionu üzrə birincilikdə Zaqatala, Mingəçevir, Şəki, Qax və Balakən cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları İsmayıllıda davam etdiriləcək.