UEFA azərbaycanlı FİFA referisinə yeni təyinat verib

Komanda
  • 06 oktyabr, 2016
  • 12:53
UEFA azərbaycanlı FİFA referisinə yeni təyinat verib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Futzal üzrə FIFA referisi Elçin Səmədli beynəlxalq təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Səmədli futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Qrupda Belarusun "Lidselmaş", Yunanıstanın "Afina-90", Serbiyanın "Ekonomak" və Xorvatiyanın "Nasional" komandası mübarizə aparacaq. Oyunlar oktyabrın 12-15-də Serbiyada keçiriləcək.