"Çelsi" "Atalanta"dan ikinci müdafiəçini transfer edəcək
Futbol
- 26 avqust, 2026
- 23:12
İngiltərənin "Çelsi" klubu "Atalanta"nın və İtaliya millisinin 18 yaşlı mərkəz müdafiəçisi Honest Ahanoru transfer etməyə yaxındır.
"Report" xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio öz rəsmi saytında məlumat yayıb.
Onun sözlərinə görə, "Çelsi" gənc futbolçunun alınması üzərində işləyir və transfer məbləği 40 milyon avronu keçəcək. Danışıqlar yekun mərhələyə çatıb. Qeyd olunub ki, cari transfer pəncərəsində Marko Palestra üzrə sövdələşmədən sonra "Çelsi" ilə "Atalanta" arasında yaxşı münasibətlər yaranıb.
Beləliklə, Ahanor bu yay "Atalanta"dan "Çelsi"yə keçən ikinci müdafiəçi ola bilər. Daha əvvəl Palestra İngiltərə klubuna 57+3 milyon avroya və gələcəkdəki hər hansı yenidən satışdan 10 % pay müqabilində keçib.
Son xəbərlər
03:55
ABŞ Hərbi Dəniz Qüvvələri üçün süzən torpedo hazırlanır
Digər ölkələr03:10
ABŞ-də 11 sentyabr terror aktları işi üzrə iclasın tarixi açıqlanıb
Digər ölkələr02:46
Ərdoğan Qarabağ Universitetində İTU nəzdində akademik bölmələr yaradılması barədə qərar imzalayıb
Elm və təhsil02:11
"The Telegraph": Almaniya Britaniyanın "Trident" nüvə sisteminə yatırım etmək niyyətindədir
Digər ölkələr01:36
UEFA Çempionlar Liqası: əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib
Futbol01:23
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
Digər ölkələr00:53
Foto
"Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib
Futbol00:38
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr00:13