Madyar: "Pakş" AES maksimum enerji istehsalı səviyyəsinə çatıb
- 26 avqust, 2026
- 23:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstandakı "Pakş" atom elektrik stansiyası (AES) yenidən tam gücünə çatıb.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar "Facebook" sosial şəbəkəsində bildirib.
"Pakş" AES maksimum enerji istehsalı səviyyəsinə çatıb. Bütün dörd reaktor və səkkiz turbin qüsursuz işləyir", - paylaşımda bildirilib.
Daha əvvəl Macarıstan AES-nin üç enerji bloku stansiyanın müxtəlif sistemlərini soyutmaq üçün istifadə olunan Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən dayandırılıb. Suyun səviyyəsini qaldırmaq üçün Pakş ərazisində çayın dibində daş səddin inşasına başlanılıb. Madyarın sözlərinə görə, onun tikintisi operativ şəkildə irəliləyir. Ölkədəki böhran vəziyyəti ləğv edilib.
Qeyd edək ki, Budapeştdən 100 km cənubda, Dunay çayının sahilində yerləşən "Pakş" AES Macarıstanda istehsal olunan elektrik enerjisinin 45 %-ni və istehlak edilən elektrik enerjisinin 36 %-ni təmin edir.