"Sabah" basketbol klubu Ramiz Quliyevlə əməkdaşlığa son verib

Komanda
  • 07 iyul, 2026
  • 15:57
Sabah basketbol klubu Ramiz Quliyevlə əməkdaşlığa son verib

"Sabah" basketbol klubunda ayrılıq yaşanıb.

Bu barədə "Report"a paytaxt təmsilçisindən bildirilib.

Klub basketbolçusu Ramiz Quliyevlə əməkdaşlığa son verib.

Qeyd edək ki, R.Quliyev 2024-cü ildən "Sabah"da oynayırdı.