"Naxçıvan"ın basketbolçusu: "Komandamız "Sumqayıt"a qarşı əla performans göstərdi"

Komanda
  • 15 noyabr, 2025
  • 13:15
Naxçıvanın basketbolçusu: Komandamız Sumqayıta qarşı əla performans göstərdi

"Naxçıvan" Azərbaycan Basketbol Liqasının VII turunda "Sumqayıt"a qarşı əla performans göstərib.

"Report" xəbər verir ki, bunu Əlibəy Məmmədli Naxçıvan təmsilçisinin mətbuat xidmətinə açıqlamasında bildirib.

Basketbolçu "Sumqayıt" ilə matç haqqında fikirlərini bölüşüb:

"Sumqayıt" basketbolçuları ilk 10 dəqiqədə yaxşı çıxış etdilər. Buna görə də birinci periodda geriyə düşdük. Lakin yekunda yaxşı oyun nümayiş etdirdik. Həm yerli, həm legionerlərimiz əla performans göstərdi. Ehtiyatdan meydana çıxan bütün basketbolçularımız oyuna yaxşı qoşuldular. Məşqçilər heyətinə təşəkkürümü bildirirəm çünki son həftə çox yaxşı hazırlıq keçirmişdik. "Ordu" ilə məğlubiyyətdən sonra daha tez toparlanmağı bacardıq. Fikrimcə daha da yaxşı çıxış edə bilərdik. Rəqib də yetəri qədər xallar qazandı. Düşünürəm ki, bizim kimi komandalar daha yaxşı müdafiə olunmalıdır. Rəqibi ən azı 70-80 xalda saxlamalıyıq".

O, daha yaxşı çıxış edə biləcəyini söyləyib:

"Şəxsi performansıma gəlincə, daha yaxşı çıxış edə bilərəm. İnkişaf üçün hər gün əlavə məşqlər də edirəm. Bu mənada məşqçilər heyəti mənə köməklik göstərir. Artıq ikinci mövsümdür ki, "Naxçıvan"dayam və burada öz rolum var. Klub rəhbərliyi mənə inanır və güvənir. Bunu hər an hiss edirəm. Mən də öz növbəmdə bu inamı doğrultmağa çalışacağam".

Qeyd edək ki, B qrupunda baş tutan "Sumqayıt" - "Naxçıvan" matçı qonalqarın 116:99 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti