Moskva olimpiadasının qalibi vəfat edib
Komanda
- 09 iyun, 2022
- 13:10
Tanınmış keçmiş SSRİ voleybolçusu Oleq Moliboqa 70 yaşında vəfat edib.
“Report” Ümum-Rusiya Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, SSRİ-nin Əməkdar idman ustası və Rusiyanın Əməkdar məşqçisi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Oleq Moloboqa 1952-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində anadan olub, voleybol üzrə yerli “Avtomobilist”, “Dinamo” (Leninqrad), MOİK (Moskva) klublarında çıxış edib. Yeddiqat SSRİ çempionu, üçqat Avropa Çempionlar Kubokunun sahibi olub. O, keçmiş SSRİ yığmasının tərkibində 1980-ci ildə Moskva Yay Olimpiya Oyunlarının qalibi adını, 1976-cı ildə Monreal olimpiadasının gümüş mükafatını qazanıb. Moliboqa həmçinin ikiqat dünya, dördqat Avropa çempionu idi.
Son xəbərlər
04:44
FES faiz dərəcəsini azaltmasa, Tramp bəzi ölkələrlə ticarəti dayandıra bilər
Digər ölkələr04:04
"SpaceX" şirkəti "O3b mPOWER"in üç peykini orbitə çıxarıb
İKT03:43
ABŞ İranın blokadası çərçivəsində 101 ticarət gəmisini yönləndirib
Digər ölkələr03:19
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
Digər ölkələr02:51
Tramp Ağ Evin mətbuat katibi işini Rubio və Bessentə tapşırıb
Digər ölkələr02:20
İraqdakı müəssisədə ammonyak sızması zamanı iki nəfər ölüb
Digər ölkələr01:55
Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib
Region01:27
"Exit-poll": İsveç müxalifəti parlamentdə yerlərin əksəriyyətini əldə edir - YENİLƏNİB
Digər ölkələr01:10