Həsrət Cəfərov: "Yarışlarda bir səhv bağışlanmır"
Komanda
- 23 sentyabr, 2025
- 06:17
Səhvlər üzərində işləmək lazımıdır.
"Report" xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında ikinci olan yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
İdmançı Xorvatiyadakı mundialda çempion ola bilməməsinə görə təəssüfləndiyini bildirib:
"Səhvlər bitmir, onların üzərində mütəmadi işləmək lazımdır. Gərək Avropa və dünya çempionatında uğur əldə etmək üçün bütün xırdalıqları işləyəsən, səhvsiz olasan. Çünki bu cür yarışlarda bir səhv bağışlanmır".
Qeyd edək ki, yığma hesabında 89 xalla ikinci yeri tutub. Güləşçilər mundialda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Ülvi Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medala sahib çıxıblar.
Son xəbərlər
04:44
FES faiz dərəcəsini azaltmasa, Tramp bəzi ölkələrlə ticarəti dayandıra bilər
Digər ölkələr04:04
"SpaceX" şirkəti "O3b mPOWER"in üç peykini orbitə çıxarıb
İKT03:43
ABŞ İranın blokadası çərçivəsində 101 ticarət gəmisini yönləndirib
Digər ölkələr03:19
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
Digər ölkələr02:51
Tramp Ağ Evin mətbuat katibi işini Rubio və Bessentə tapşırıb
Digər ölkələr02:20
İraqdakı müəssisədə ammonyak sızması zamanı iki nəfər ölüb
Digər ölkələr01:55
Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib
Region01:27
"Exit-poll": İsveç müxalifəti parlamentdə yerlərin əksəriyyətini əldə edir - YENİLƏNİB
Digər ölkələr01:10