Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Bordo mərhələsində mübarizəni dayandırıb

Komanda
  • 20 avqust, 2026
  • 22:18
Dünya Qadın Seriyası: Neftçi SOCAR Bordo mərhələsində mübarizəni dayandırıb

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Bordo mərhələsində mübarizəni başa vurub.

"Report" xəbər verir ki. "ağ-qaralar" 1/4 finalda İspaniya millisi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 13:12.

Xatırladaq ki, "Neftçi SOCAR" qrup mərhələsində İtaliya yığmasına (16:18) uduzsa da, Çilini məğlub etmişdi - 21:17.

44 - Tezliklə