"Azərreyl" uduzub, "Murov" UNEC-i darmadağın edib

Komanda
  • 08 fevral, 2022
  • 15:36
Azərreyl uduzub, Murov UNEC-i darmadağın edib

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, V tura təsadüf edən və Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan hər iki görüşdə meydan sahibləri qələbə qazanıblar.

Günün ilk matçında "Abşeron" "Azərreyl"i qəbul edib. Çempionatın lideri rəqibinə 3:1 (25:14, 25:17, 22:25, 25:21) hesabı ilə qalib gəlib.

Digər qarşılaşmada isə "Murov" UNEC-i 3:0 (25:22, 25:16, 25:17) hesabı ilə darmadağın edib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 15 xalla "Abşeron" başçılıq edir. 7 xalı olan "Azərreyl" 2-ci, 6 xalı olan "Murov" 3-cüdür. UNEC isə 2 xalla sonuncudur.