"Azərreyl"dən inamlı qələbə, "Murov" 2-ci pilləyə yüksəlib
Komanda
- 23 fevral, 2023
- 16:44
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun oyunları ilə üçüncü dövrəyə yekun vurulub.
"Report"un məlumatına görə, açılış matçında "Murov"la "Abşeron" üz-üzə gəlib. Qalib 4 setdə müəyyənləşib. İlk seti "Abşeron" qazansa da, yekunda qələbəni "Murov" voleybolçuları bayram ediblər - 3:1 (22:25, 25:14, 25:22, 31:29).
Voleybol Mərkəzində təşkil olunan turun son qarşılaşması "Azərreyl" və UNEC komandaları arasında olub. Görüş "dəmiryolçular"ın 3:0 (25:13, 25:17, 25:14) hesablı qələbəsi ilə başa çatıb.
Üçüncü dövrədən sonra "Azərreyl" 23 xalla turnir cədvəlində liderliyini davam etdirir. 16 xalı olan "Murov" ikinci pilləyə yüksəlib. "Abşeron" 15 xalla 3-cüdür. Turnir cədvəlində sonuncu olan UNEC-in isə xalı yoxdur.
Son xəbərlər
13:19
Avropa Komissiyası Macarıstana ayrılan 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib
Digər ölkələr13:08
Foto
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
Komanda13:07
Foto
Azərbaycan IEC ilə enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı müzakirə edib – YENİLƏNİB
Energetika13:06
Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var
Hadisə13:04
"Mərkəzi Asiya + Azərbaycan" formatında ekoloji dialoqun inkişafı müzakirə edilib
Xarici siyasət13:01
Azər Bağırov: "Milli komandaya çağırılan futbolçular yaxşı formadadırlar"
Futbol13:01
Foto
Video
Tarixin izlərini qoruyan əzəmətli Gəncəsər monastırı - VİDEO
Qarabağ12:52
Foto
Azərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər
Turizm12:50