Avropa Komissiyası Macarıstana ayrılan 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib

Digər ölkələr
  • 23 sentyabr, 2026
  • 13:19
Avropa Komissiyası Macarıstana ayrılan 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib

Avropa Komissiyası Macarıstan üçün birlik fondlarından 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu vəsait bərpa və birlik fondları çərçivəsində dondurulmuş 16,4 milyard avronun bir hissəsidir.

Bundan başqa, Avropa Komissiyası macarıstanlı tələbə və tədqiqatçıların "Erasmus+" və "Horizon Europe" proqramlarında iştirakını bərpa etmək niyyətindədir.

Avropa Komissiyasının təklifi indi Avropa İttifaqı Şurasının bütün üzv dövlətləri tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.