Azərbaycanın veteran cüdoçuları dünya çempionatında iştirak edəcək - VİDEO

Komanda
  • 16 noyabr, 2016
  • 18:10
Azərbaycanın veteran cüdoçuları dünya çempionatında iştirak edəcək - VİDEO

Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında dünya çempionatı keçiriləcək.

"Report" xəbər verir ki, noyabrın 18-də start götürəcək yarışa ayın 21-də yekun vurulacaq.

Dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparacaq. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə veteranlardan ibarət milli komandamız da Mayamidə keçiriləcək çempionatda iştirak edəcək. Komanda üzvləri artıq bu məqsədlə Mayami şəhərinə yola düşüblər.

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında iştirak edəcək - VİDEO