Azərbaycanın güləş milliləri toplanışa başlayacaqlar
Komanda
- 10 aprel, 2024
- 20:14
Azərbaycanın güləş milliləri bu gün növbəti təlim-məşq toplanışına start verəcəklər.
"Report"un xəbərinə görə, sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalar Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa edəcəklər.
Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dən dəvət edilən mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər həyata keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlərə də yer ayrılacaq.
Qeyd edək ki, toplanış 2 həftə davam edəcək və komandalar növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçəcəklər.
Son xəbərlər
10:12
Azərbaycanda 7 ayda 86 min nəfərə sosial müavinət və təqaüd təyin olunub
Maliyyə10:09
Tailandda sabiq deputat atışma törədib, üç nəfər yaralanıb
Digər ölkələr10:06
Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir
Energetika10:05
Balakəndə zəncirvari qəza olub, ölənlər var
Hadisə10:03
İyulda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı kəskin artıb
İKT10:03
Video
FHN: Ötən həftə 925 yanğına çıxış olub, 10 meyit aşkarlanıb
Hadisə09:53
Tatarıstan dron hücumuna məruz qalıb, ölənlər var
Digər ölkələr09:51
Ər-Riyadda fabrikdə baş verən yanğın zamanı 16 banqladeşli fəhlə həlak olub
Digər ölkələr09:48