Tailandda sabiq deputat atışma törədib, üç nəfər yaralanıb

Digər ölkələr
  • 10 avqust, 2026
  • 10:09
Tailandda sabiq deputat atışma törədib, üç nəfər yaralanıb

Tailandda Nonthaburi əyalət administrasiyasının binası yaxınlığında atışma baş verib, nəticədə üç nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"Polis polkovniki, Nonthaburi əyalət administrasiyasının prezidenti və onun sürücüsü atışma nəticəsində yaralanıblar", - polisdən bildirilib.

İstintaq zamanı məlum olub ki, atışmanı Nümayəndələr Palatasının Nonthaburidən olan keçmiş üzvü Çalonq Rianqranq törədib. O, könüllü olaraq təslim olub. Onun üzərində tapança aşkar edilib.

Hazırda rəsmilər hadisənin təfərrüatlarını araşdırır, cinayətin səbəblərinin müəyyən edilməsi üzərində işləyirlər.