Azərbaycanda 7 ayda 86 min nəfərə sosial müavinət və təqaüd təyin olunub

Maliyyə
  • 10 avqust, 2026
  • 10:12
Azərbaycanda 7 ayda 86 min nəfərə sosial müavinət və təqaüd təyin olunub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 86,1 min nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata görə, onların 52,8 %-ni kişilər, 47,2 %-ni isə qadınlar təşkil edib.