Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi millinin düşərgəsinə baş çəkib
Komanda
- 21 avqust, 2023
- 13:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Almaniyanın Düsseldorf şəhərində təşkil olunan Avropa çempionatında iştirak edən qadınlardan ibarət Azərbaycan millisinin düşərgəsinə baş çəkib.
AVF-dən “Report”a verilən məlumata görə, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev, baş katib Faiq Orucov və qurumun nümayəndələri bugünkü məşqi izləyiblər.
Onlar voleybolçular və məşqçilər korpusu ilə görüşüblər. Qarşıdakı oyuna hazırlıq prosesi ilə maraqlanan federasiya rəhbərliyi yığmaya uğurlar arzulayıb.
Qeyd edək ki, qrupda keçirdiyi ilk üç matçda 3 xal qazanan Azərbaycan yığması IV tur çərçivəsində avqustun 22-də Yunanıstanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Son xəbərlər
09:35
"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
09:34
IMF: Ticarətin şaxələndirilməsi Cənubi Qafqazda iqtisadi artımda mühüm əhəmiyyət daşıyır
Biznes
09:27
U-23 dünya çempionatı: Günay Qurbanova finala yüksəlib, Ruslan Nurullayev bürünc medal qazanıb
Fərdi
09:20
IMF: Nəqliyyat dəhlizlərinin inkişafı Cənubi Qafqazda gömrük prosedurlarının harmonizasiyasını tələb edir
İnfrastruktur
09:13
UEFA Avropa Liqasında II tura start verilir
Futbol
09:06
Cihad Azur: "Orta Dəhliz Cənubi Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirəcək"
İnfrastruktur
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.10.2026)
Maliyyə
09:00
Azərbaycanın minifutbol üzrə U-23 millisi bu gün Slovakiya ilə üz-üzə gələcək
Futbol
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (15.10.2026)
Maliyyə