Azərbaycan voleybol çempionatlarında yeni mövsümün püşkatma mərasiminin tarixi müəyyənləşib

Komanda
  • 19 oktyabr, 2023
  • 10:53
Azərbaycan voleybol çempionatlarında yeni mövsümün püşkatma mərasiminin tarixi müəyyənləşib

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün püşkatma mərasiminin tarixi müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasından (AVF) "Report"a verilən məlumata görə, tədbir oktyabrın 23-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq və saat 15:00-da start götürəcək.

Püşkatma mərasimində AVF rəhbərliyi və əməkdaşları, klub rəhbərləri və rəsmi qonaqlar iştirak edəcək.

44 filmi