Azərbaycan klubunun baş məşqçisi və voleybolçusu koronavirusa yoluxub

Komanda
  • 01 fevral, 2022
  • 12:27
Azərbaycan klubunun baş məşqçisi və voleybolçusu koronavirusa yoluxub

Kişilərdən ibarət “Sərhədçi” komandasının baş məşqçisi Qüdrət Məlikov və voleybolçusu Ramiz Bağırov COVID-19 virusuna yoluxub.

"Report"un məlumatına görə, bununla əlaqədar klub rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb.

Müraciətdə hər iki şəxsin məşq prosesində komandanın digər üzvləri ilə təmasda olduqlarını nəzərə alaraq, fevralın 2-də və 5-də Azərbaycan Yüksək Liqasının müvafiq olaraq, MOİK, həmçinin “Murov”la oyunları başqa tarixə dəyişdirilməsi xahiş edilib.

Bu müraciət əsasında “Sərhədçi”nin hər 2 qarşılaşması təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.