Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm başa çatıb, "Abşeron Lions"un oyunçusu ciddi zədə alıb

Komanda
  • 31 mart, 2026
  • 20:54
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm başa çatıb, Abşeron Lionsun oyunçusu ciddi zədə alıb

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulub.

"Report"un məlumatına görə, XX turun sonuncu oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma "bayquşlar"ın 105:72 hesablı qələbəsi ilə bitib.

A qrupunun oyunu xoşagəlməz hadisə ilə də yadda qalıb. Görüşün dördüncü periodunda "Abşeron Lions"un oyunçusu Ceylon Şou ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Sərhədçi" "Sumqayıt"ı (93:89), "Ordu" "Lənkəran"ı (107:65), "Naxçıvan" "Quba"nı (103:96), "Gəncə" "Şəki"ni (84:73), "Neftçi" NTD-ni (93:83) məğlub edib.

Beləliklə, reqlamentə əsasən müntəzəm çempionatı A qrupunda ilk üç sırada bitirmiş "Sabah", "Abşeron Lions", "Neftçi" klubları və B qrupunun birincisi "Ordu" kollektivi birbaşa play-offa (1/4 final) vəsiqəni təmin ediblər.

1/8 final mərhələsində isə, "Naxçıvan" - "Sərhədçi", "Gəncə" - "Lənkəran", "Quba" - "Şəki", "Sumqayıt" - NTD oyunları baş tutacaq. 1/8 finalda ən tez iki qələbə qazanacaq komandalar 1/4 finala yüksələcəklər. Oyunlar apreldə start götürəcək.

44 - Tezliklə