Azərbaycan Basketbol Liqası: "Neftçi" və "Sabah" final seriyasının dördüncü matçına çıxıb

Komanda
  • 08 may, 2025
  • 20:54
Azərbaycan Basketbol Liqası: Neftçi və Sabah final seriyasının dördüncü matçına çıxıb

Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" arasında final seriyasının dördüncü oyunu keçirilib.

"Report" xəbər verir ki, Bakı İdman Sarayında baş tutan matçda "ağ-qaralar" 84:66 hesablı qələbə qazanıblar.

Bununla da seriyada hesab bərabərləşib - 2:2. Daha əvvəl tərəflər arasında reallaşan 3 qarşılaşmadan ikisində "Sabah", birində isə "Neftçi" qalib gəlib.

Tərəflər arasında 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Bu matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, final seriyasında 4 qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.