Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib
Komanda
- 22 sentyabr, 2025
- 12:13

Sentyabrın 20-21-də Bakı İdman Sarayında Azərbaycan Basketbol Liqasının (ABL) hakimləri üçün yeni mövsüm öncəsi son seminar təşkil olunub.
"Report" xəbər verir ki, seminar Azərbaycan Basketbol Hakimlər İttifaqının sədri və FIBA-nın milli təlimçisi Ələkbər Həsənovun rəhbərliyi ilə baş tutub.
13 hakimin iştirak etdiyi tədbir zamanı FIBA tərəfindən tətbiq olunan yeniliklər və oyunun əsas detalları hakimlərə izahlı şəkildə təqdim olunub. Seminarın sonunda hakimlər həm fiziki hazırlıq, həm də oyun qaydaları üzrə test imtahanlarından keçiblər.
Qeyd edək ki, seminara Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz və "Neftçi" klubunun ukraynalı baş məşqçisi Vitali Stepanovski qonaq qismində qatılıblar.
Son xəbərlər
13:47
Prado Troyxo: "Mikro-geosiyasi hadisələr Azərbaycan üçün çox maraqlı proseslərə səbəb olur"
Biznes13:42
Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"
Maliyyə13:35
Simonida Kordiç: "Azərbaycan Monteneqronun turizm sahəsində ən iri investorlarındandır"
Turizm13:31
ASF prezidenti: "Memorandumun məqsədi hakimlər, məşqçilər və idmançılara elmi tərəfdən dəstək olmaqdır"
Fərdi13:29
Foto
Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatıb – YENİLƏNİB
Daxili siyasət13:28
Metyu Brayza: Azərbaycan-Ermənistan sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq
Xarici siyasət13:26
Antonio Silva: "Strateji Əməkdaşlıq Memorandumu Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir"
Fərdi13:22
Foto
Dövlət qurumlarının əməkdaşları arasında intellektual yarış keçirilib
Sosial müdafiə13:18