Azərbaycan Basketbol Liqası: "Gəncə" "Sumqayıt" səfərində qələbə qazanıb

Komanda
  • 27 fevral, 2025
  • 20:57
Azərbaycan Basketbol Liqası: Gəncə Sumqayıt səfərində qələbə qazanıb

Azərbaycan Basketbol Liqasının XV turunda "Gəncə" "Sumqayıt" səfərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən B qrupunun oyununda qərb təmsilçisi 90:81 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Neftçi” “Abşeron”u 80:56, "Ordu" isə "Quba"nı 103:68 hesabı ilə məğlub edib.