Şəkidə minik avtomobili yanıb, xəsarət alan var

Hadisə
  • 09 oktyabr, 2026
  • 16:02
Şəkidə minik avtomobili yanıb, xəsarət alan var

Şəki rayonunda minik avtomobili yanıb, xəsarət alan var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Çələbixan qəsəbəsində baş verib.

Hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı 1967-cıi il təvəllüdlü Cəsarət Eldar oğlu Ağalarova məxsus "QAZ-24" markalı minik avtomobilinin salon hissəsi tamamilə yanıb.

Hadisə nəticəsində bir nəfər qol və ayaq hissəsindən xəsarət alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.