Ayşən Abduləzimova: "Avropa çempionatında məqsəd yer aldığımız qrupdan çıxmaqdır"

Komanda
  • 07 iyul, 2026
  • 12:52
Ayşən Abduləzimova: Avropa çempionatında məqsəd yer aldığımız qrupdan çıxmaqdır

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin məqsədi Avropa çempionatında yer aldığı qrupdan çıxmaqdır.

"Report" xəbər verir ki, bunu yığmanın kapitanı Ayşən Abduləzimova deyib.

O, Avropa çempionatına hazırlıqla bağlı danışıb:

"Avqustun 21-də voleybol bayramı olacaq. Avropa çempionatı Azərbaycanda ikinci dəfə keçiriləcək. Məqsəd yer aldığımız qrupdan çıxmaqdır. Polina Rəhimovanın da heyətə qoşulması gücümüzə əlavə güc qatacaq".

Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri yer alıblar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

44 - Tezliklə