AVF rəsmisi Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb

Komanda
  • 20 noyabr, 2023
  • 10:15
AVF rəsmisi Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.

AVF-dən “Report”a verilən məlumata görə, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final matçının supervayzeri olacaq.

Federasiya rəsmisi noyabrın 21-də “Xarı Bülbül" (Şuşa) və Yunanıstanın “Panatinaikos” komandaları arasında Bakıda keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri türkiyəli Ramazan Cevik və monteneqrolu Jelena Mitroviç olacaqlar.