Kuçkarov: "Azərbaycan Özbəkistan üçün logistika baxımından əhəmiyyətə malikdir" - EKSKLÜZİV

İqtisadiyyat
  • 16 iyun, 2026
  • 15:31
Kuçkarov: Azərbaycan Özbəkistan üçün logistika baxımından əhəmiyyətə malikdir - EKSKLÜZİV

Özbəkistan və Azərbaycan qarşılıqlı ticarət həcminin artırılması üçün zəruri imkan və şəraitə malikdir.

Bunu "Report"un müxbirinə Özbəkistan Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Camşid Kuçkarov Daşkənd İnvestisiya Forumunun kuluarlarında bildirib.

"Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanla çox yaxşı münasibətlərimiz olduğundan əlaqələrimizi inkişaf etdirmək üçün böyük səy göstəririk. Ölkələrimizin liderləri arasında da çox yaxın münasibətlər qurulub", - o deyib.

Kuçkarovun sözlərinə görə, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün bütün lazımi şərait mövcuddur.

"Əməkdaşlıq etmək, ticarəti inkişaf etdirmək üçün üçün hər cür şəraitimiz var", - baş nazirin müavini vurğulayıb.

O, həmçinin nəqliyyat-logistika əlaqələri baxımından Azərbaycanın Özbəkistan üçün mühüm rolunu qeyd edib.

"Azərbaycanın coğrafi mövqeyini nəzərə alsaq, o, bizim üçün həm də logistika baxımından böyük əhəmiyyətə malikdir. Biz (logistika sahəsində - red.) çox iş görə bilərik və görməliyik", - Kuçkarov əlavə edib.