Azərbaycanda ixrac malları üçün mənşə sertifikatının verilmə müddəti azaldılıb

İqtisadiyyat
  • 06 fevral, 2016
  • 11:50
Azərbaycanda ixrac malları üçün mənşə sertifikatının verilmə müddəti azaldılıb

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanda ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb. İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, bu qərar qurumun bu gün keçirilmiş kollegiya iclasında verilib. 

Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.