Zaur Mikayılov: "Su şəbəkələrinin yenilənməsi əhalinin fasiləsiz su təminatını gücləndirəcək"

İnfrastruktur
  • 11 sentyabr, 2025
  • 12:07
Zaur Mikayılov: Su şəbəkələrinin yenilənməsi əhalinin fasiləsiz su təminatını gücləndirəcək
Zaur Mikayılov

Azərbaycanda su təminatının yaxşılaşdırılması məqsədilə su şəbəkələrinin yenilənməsi və yeni mənbələrin yaradılması layihələri davam etdirilir.

"Report" xəbər verir ki, bunu Dövlət Su Ehtiyatlar Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

On un sözlərinə görə, mövcud vəziyyətdə Bakı və Abşeronu çıxmaqla, əhalinin təxminən 79 %-i fasiləsiz su ilə təmin olunur: "Lakin bəzi bölgələrdə hələ də rejimli su verilməsi tətbiq olunur. Şəbəkələrin yenilənməsi və yeni su mənbələrinin yaradılması bu problemlərin mərhələli şəkildə aradan qaldırılmasına xidmət edəcək".

Z. Mikayılov əlavə edib ki, suyun təkrar istifadəsi və alternativ mənbələrdən, həmçinin duzsuzlaşdırma texnologiyalarından istifadə layihələri də həyata keçirilir: "Məqsədimiz əhalinin 24 saat fasiləsiz içməli su ilə təmin olunmasıdır. Bunun üçün hər damcı sudan səmərəli istifadə və infrastrukturun müasir standartlara uyğunlaşdırılması vacibdir".