“Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” ASC ləğv edilib

İnfrastruktur
  • 06 aprel, 2018
  • 04:09
“Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” ASC ləğv edilib

Bakı. 6 aprel. REPORT.AZ/ Nazirlər Kabinetinin 1994-cü il 21 sentyabr tarixli qərarı ilə yaradılmış “Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmə tapşırığı verilib.

44 - Tezliklə