Xankəndi, Ağdərə və Xocalıdakı 590 əmlakın qiymətləndirilməsi aparılacaq
- 15 oktyabr, 2024
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 590 daşınmaz və daşınar əmlakın qiymətləndirilməsi xidmətinə 14 min 396 manat vəsait sərf olunacaq.
"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Adıçəkilən işləri "AÇAR Qiymətləndirmə Mərkəzi" MMC aparacaq. O, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin elan etdiyi tenderin qalibi olub.
Müqaviləyə əsasən, 40 fərdi yaşayış evinin, 20 qeyri-yaşayış sahəsinin, 20 yaşayış binasının, 10 yarımçıq tikilinin planını (tikinti altı, ümumi, əsas və köməkçi sahələri müəyyən etməklə) tərtib etməklə və 500 daşınar əmlakın fotoşəkilləri çəkilməklə, əmlakın monitorinqini keçirməklə bazar dəyərinin müəyyən edilməsi işləri həyata keçiriləcək.